EN

Zəfər Gününü Şuşaya qayıdan sakinlərlə birlikdə qeyd edirik - Aydın Kərimov

Bakı. Trend:

Artıq Şuşaya qayıdan sakinlərlə birlikdə Zəfər gününü və Şuşaşəhər gününü qeyd edirik.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərindəAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi AydınKərimov

O qeyd edib ki, Şuşanın azad edilməsi bizim zəfərimizi ifadəedir.

"Bu Zəfər Günündə bütün şəhidlərimizi yad edirik, onlarqarşısında baş əyirik. Qazilərimizə can sağlığı arzu edirik. Bu günŞuşada bayram abu-havası var",- deyə o bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavabolaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılanəks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsitəxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzünbərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Chosen
26
az.trend.az

1Sources