7NEWS.az xəbər verir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı elektron tullantıların yeni dalğasına səbəb ola bilər. Araşdırmalara görə, süni intellektin yaratdığı elektron tullantılar 2030-cu ilə qədər milyonlarla tona çata bilər və alimlər bunun ekoloji davamlılığa ciddi təhlükə yarada biləcəyini bildiriblər.