EN

"Pinterest" xalis mənfəətini 4 dəfədən çox artırdı

Məşhur sosial servis və foto hostinq şirkəti "Pinterest" bu ilin üçüncü rübündə xalis mənfəətini 4,6 dəfə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

İyul-sentyabr aylarında xalis mənfəət 30,6 milyon dollar və ya hər bir səhm üçün 4 sent olub. Bu göstərici ötən ilin eyni dövründə 6,73 milyon dollar və ya hər bir səhm üçün 1 sent olub.

Hesabat dövründə şirkətin gəliri isə 18% artaraq 898,4 milyon dollara çatıb.

 

Gözəl Həşimova

Chosen
20
iqtisadiyyat.az

1Sources