EN

“Millidə oynamaq, qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir”

“Zəfər günümüz mubarək. Allah xalqımıza hər zaman gözəl günlər yaşamağı nəsib eləsin. Mənim üçün sürpriz oldu. Bir növ ikiqat bayram oldu” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futolçusu Mustafa Əhmədzadə deyib.

O, Azərbaycan yığmasına dəvət almasından danışıb: “Çünki indiyə qədər aşağı yaş qrupuna aid millilərin heç birinə dəvət almamışdım. Millidə oynamaq, o formanı geyinmək, qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir. Bu dəvətdə klubumun da xidməti danılmazdır. Heç kimin tanımadığı bir futbolçunu komandaya götürdülər, bəzən əvəzetmədən, bəzən isə əsas heyətdə oynamaq şansı verdilər. Buna görə baş məşqçimiz Elmar Baxşıyev başda olmaqla komandama təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə klubumuzdan daha çox oyunçu dəvət alar. Ötən toplanışda Vadim Abdullayev orada idi, bu gün də mən dəvət aldım. Milli, qürur yerimizdir. Çalışacağıq ki, dəvəti, etimadı dogruldaq. Belə sans hər zaman elə düşmür. Maksimum istifadə etməyə, millinin daimi üzvünə çevrilməyə çalışacam”.

Chosen
29
2
futbolinfo.az

3Sources