Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 151,8 milyon ABŞ dolları məbləğində 56,6 min ton alüminium ixrac edilib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 185,1 min azdır.
Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,74%-ni təşkil edib.
Gözəl Həşimova