EN

Şəhid atası: "Oğlumla fəxr edirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İkinci Qarabağ müharibəsində düşmənə meydan oxuyan qəhrəmanlarımızdan bir də Məhəmməd Şəbiyevdir. O, döyüşlər başlayan ilk gündən silahını çiyninə asaraq cəbhəyə yollanan ən gənc zabitlərdəndir.
Oxu.Az-a danışan şəhidin atası ehtiyatda olan mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı Vaiqf Şəbiyev, oğlunun onun yolunu getdiyini deyib:
"Məhəmməd oktyabrın 4-də Suqovuşanda şəhid olub. Şəhid olandan sonra 5 gün neytral zonada qalıb. Oktyabrın 8-i bizə şəhid olması ilə bağlı xəbər verdilər, bir gün sonra nəşini Bakıya gətirdilər, İkinci Şəhidlər xiyabanında dəfn etdik. Sonuncu dəfə üzünü avqust ayında görmüşəm. Ad gününü qeyd etmişdik. Oktyabrın 4-ü isə sonuncu dəfə səsini eşitdim. Həmin gün səhər tezdən telefonla danışdıq. Taqım komandiri idi, ona taqımdan muğayat olmasını, getdikləri yollara diqqət etmələrini tövsiyə etdim ki, ayıq-sayıq olsunlar, minaya düşməsinlər. Təxminən 10-15 dəqiqə telefonla danışdıq. Ondan sonra nə qədər zəng etsəm də, cavab vermədi. Hiss etdim ki, yaxşı hal deyil. Oktyabrın 8-i şəhid olması ilə bağlı bizə xəbər verdilər".
"Özüm altı il Qarabağda döyüşmüşəm. Gözümün qarşısında yaralananlar da olub, şəhid olanlar da. Hər bir çətinliyi görmüşəm. Amma övlad itkisi çox ağırdır. Oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin", - şəhid atası deyib.
Vaqif Şəbiyev 22 yaşlı şəhid övladının nişanlı olduğunu qeyd edib:
"Müharibədən sonra, yanvar-fevral aylarında toyunu etmək istəyirdik, amma qismət olmadı. Həyətimizdəki ağacları Məhəmməd əkib. Hər dəfə həyətə düşüb o ağacları görəndə oğlum gözlərimin qarşısına gəlir".
Mərahim Nəsib
Chosen
61
1
oxu.az

10Sources