EN

Qayana vətəndaşları neft gəlirlərindən 480 dollar alacaqlar

Ölkədə və xaricdə yaşayan Qayana vətəndaşları dövlət orqanlarından 480 ABŞ dolları (təx.816 manat-red.) məbləğində ödəniş alacaqlar. Hökumət neft satışından əldə edilən gəlirləri bölüşdürmək qərarına gəlib. Bu barədə “The Guardian” qəzeti yazır.

18 yaşdan yuxarı bütün ölkə vətəndaşları etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi olduqda ödənişi ala biləcəklər. Eyni zamanda, xaricdə daimi yaşayan Qayana sakinləri də bu ödənişi almaq hüququna malikdirlər, lakin onu almaq üçün ölkəyə gəlməlidirlər.

Ümumilikdə, Qayanada 800 mindən bir qədər az adam yaşayır və 400 minə yaxın vətəndaş ölkədən kənarda yaşayır. Hər bir qayanalı 2019-cu ildən bəri ölkənin iqtisadi artımını üç dəfə artıran neft gəlirlərindən ödəniş ala biləcək.

“The Guardian” yazır ki, uzun müddət Qayana ÜDM-i regionda ən aşağı göstəricilərdən biri olaraq qalırdı, lakin 2015-ci ildə Atlantik okeanı sahillərində böyük neft yataqlarının aşkarlanmasından sonra ölkə iqtisadiyyatı ən dinamik inkişaf edən dünya ölkələrindən birinə çevrilib.

Qayanalı media analitiki və sahibkar Aleks Qrem, "Əgər siz bizim yaşadıqlarımızı yaşamamısınızsa, bu heyrətamiz artımın nə demək olduğunu başa düşməyəcəksiniz" dedi. “Bu artımın həyat keyfiyyətinə çevrilməsi üçün hələ də vaxta ehtiyacımız olduğu doğru olsa da, biz iqtisadi artımın vətəndaşların getdikcə daha yüksək həyat keyfiyyətindən həzz almasına imkan verəcək infrastruktur, layihələr və sistemlərə çevrildiyini görməyə başlayırıq.”

Almaz Həsənli

Chosen
26
oxumeni.az

1Sources