EN

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI

Bu gün Azərbaycanda Zəfər bayramıdır. Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.  2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizlənib. Daha sonra işğalda qalan digər ərazilərimiz - Laçın, Kəlbəcər, Ağdam rayonları Azərbaycanın nəzarətinə qaytarılıb. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunub. Müharibədə qazanılan qələbə sözsüz ki, qəhrəman döyüşçülərimzin qanı-canı bahasına əldə edilib. Onların bir qisminə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. "Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsilə bağlı Fərman 2020-ci il dekabrın 31-də imzalanıb. Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə aşağıdakı hərbçilər "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bu şərəfli adı layiq görülənlərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 13-ü polkovnik-leytenant, 1-i 1-ci dərəcəli kapitan, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman və 3-ü əsgərdir. Vətən Müharibəsi Qəhrəmanı adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır. Modern.az saytı "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş 83 hərbçinin siyahısını yenidən təqdim edir:  Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor Məmmədov Zaur Sabir oğlu – general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik Ələkbərov Babək Mürsəl oğlu – polkovnik Hüseynov Telman Əsgər oğlu – polkovnik İsrayılov Raqif İbadulla oğlu – polkovnik Qurbanov Babək Vahid oğlu – polkovnik Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra) Sultanov Vüsal Eynulla oğlu – polkovnik Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik Zeynalov Zaur İlham oğlu – polkovnik Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra) Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra) Bağıyev Mirdamət Səristan oğlu – mayor Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra) Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra) Həsənov Saleh Valeh oğlu – mayor Hüseynquliyev Şahin Yusif oğlu – mayor Hüseynov Zaur Rahat oğlu – mayorQaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra) Qasımov Anar Misir oğlu – mayor Quliyev Röyal İlham oğlu – mayor Qurbanov Səfər Qurban oğlu – mayorƏtraflı Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra) Məmmədov Anar İbrahim oğlu – mayor Orucov İlqar Rəhman oğlu – mayor Səfərli Gündüz Ağamməd oğlu – mayor Səfərov Elvin Sərraf oğlu – mayor Şirinov Elnur Ramiz oğlu – mayor Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra) Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra) Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra) Bağırlı Qəzənfər Kərim oğlu – kapitan Bədəlov Nicad Mehman oğlu – kapitan Əliyev Fərid Vaqif oğlu – kapitan Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra) Hudulov Ramazan İzzət oğlu – kapitan Qasımlı Rəşad Məzahir oğlu – kapitan Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra) Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra) Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra) Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra) Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant Balacayev İzzət Zakir oğlu – baş leytenant Behbudov Cavid Ədalət oğlu – baş leytenant Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra) Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra) İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra) Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra) Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra) Hüseynov Yaşar Əhəd oğlu – baş gizir İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra) Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra) Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra) Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra) Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra) Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra) Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir Hüseynov Əli Rəşid oğlu – kiçik gizir İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra) Novruzov Amin Taciddin oğlu – kiçik gizir (ölümündən sonra) Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra) Abdullazadə Azər Rizvan oğlu – əsgər Əflətov Murad İlyas oğlu – əsgər Yaqubov Vüsal Elşən oğlu – əsgər.//qaynarinfo.az

 

 

Chosen
12
14
turanpress.com

10Sources