EN

BMT nümayəndəsi İrandakı vəziyyətə görə narahatlığını bildirdi

Birləşmiş Millətlər Təşkilatının İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato, İranda insan hüquqlarının pozulmasına görə narahatlığını bildirib.

Bu barədə o, BMT-nin rəsmi media orqanı ilə müsahibəsində deyib.

Sato, İranda xüsusilə söz azadlığı və sərbəst toplaşmaq hüququnun tapdalanmasına, media işçiləri və mədəni fəalların azadlıqları və imkanlarının məhdudlaşdırılmasına diqqət çəkib.

"Hüquq müdafiəçiləri və jurnalistlər hədələnir, bəzi hallarda həbs edilir və qeyri-müəyyən təhlükəsizlik ittihamları ilə ittiham olunur, bəzi hallarda isə həbsdə olanda tibbi xidmətdən məhrum edilirlər",- o deyib.

İranda xüsusilə son aylarda edamların sayının dahada artmasından narahatlığını ifadə edən Sato əlavə edib ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta əsasən, ölüm hökmü yalnız ən ağır cinayətlərə görə tətbiq edilməlidir.

visiontv.az



Chosen
9
visiontv.az

1Sources