EN

Laboratoriyadan qaçan 40 meymun tapıldı: Amma...

ABŞ-də bioloji laboratoriyadan qaçan meymunlar tapılıb. 

News365.az xəbər verir ki, bu barədə Yemassi Polis İdarəsi  "X" sosial şəbəkəsində məlumat verib. 

Məlumata görə, noyabrın 6-da 40 meymun Cənubi Karolina sahillərindəki Morgan adasında yerləşən və "Meymun adası" kimi tanınan Alpha Genesis tədqiqat müəssisəsindən qaçmağı bacarıb. 

Bildirilib ki, laboratoriyadan qaçan meymunlar sınaqdan keçirilməyib və xəstəlik daşımır. 

 “Heyvanlar gənc yaşlarına və ölçülərinə görə heç vaxt sınaq üçün istifadə olunmayıb. Alpha Genesis nümayəndəsi bu heyvanların xəstəlik daşımaq üçün çox gənc olduğunu təsdiqləyə bilər”, - deyə məlumatda qeyd olunub. 

Noyabrın 7-də polis və mərkəzin əməkdaşları qaçan bütün heyvanları tapsalar da, amma onları hələ də tuta bilməyiblər

Chosen
45
1
news365.az

2Sources