EN

Gürcüstanın valyuta ehtiyatları azalıb

Cari ilin on ayında Gürcüstanın valyuta ehtiyatları 1,4 milyard dollardan çox azalıb. Oktyabrın 31-nə olan məlumata görə, ölkənin valyuta ehtiyatları 4,1 milyard dollar təşkil edib, bu da 2022-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir.

Oxu24.com xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının hesabatında qeyd olunub. Bildirilib ki, təkcə oktyabr ayında valyuta ehtiyatları 627,5 milyon dollar azalıb.

Analitiklərin fikrincə, azalma Milli Bankın valyuta bazarındakı əməliyyatları, eyni zamanda, auksionda 382,1 milyon doların satışı ilə əlaqədardır.

Chosen
3
11
oxu24.com

10Sources