EN

ÇL matçı zamanı vəfat edən azarkeş millinin keçmiş baş məşqçisi olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda baş tutan “Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya) matçı zamanı vəfat edən azarkeş Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “RTL.lu” məlumat yayıb.

Münhen klubunun azarkeşi olan Romeyn Cin 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət əsas komandasına rəhbərlik edib.

Oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda vəfat edib. Noyabrın 6-da keçirilən “Bayern” – “Benfika” matçı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
2
1
futbolinfo.az

2Sources