EN

Gürcüstanın valyuta ehtiyatları 1,4 milyard dollardan çox azalıb

Cari ilin on ayında Gürcüstanın valyuta ehtiyatları 1,4 milyard dollardan çox azalıb. Oktyabrın 31-nə olan məlumata görə, ölkənin valyuta ehtiyatları 4,1 milyard dollar təşkil edib, bu da 2022-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının hesabatında əksini tapıb. Bildirilir ki, təkcə oktyabr ayında valyuta ehtiyatları 627,5 milyon dollar azalıb.

Analitiklərin fikrincə, azalma Milli Bankın valyuta bazarındakı əməliyyatları, eyni zamanda, auksionda 382,1 milyon doların satışı ilə əlaqədardır.

Bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın valyuta ehtiyatları 924,7 milyon dollar azalıb.

Məlumatda qeyd olunur ki, 2023-cü ilin avqust ayının 31-də Gürcüstanın beynəlxalq ehtiyatları tarixi maksimuma yüksəlib və 5 436,8 milyon dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları 2023-cü ildə 101,5 milyon dollar, 2022-ci ildə isə 628,1 milyon dollar artıb.

Gürcüstanın xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatları Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 3,0 milyard dollar təşkil edir.

Onların strukturuna qiymətli kağızlarda yerləşdirilmiş vəsaitlər (2,0 milyard dollar) və xarici bankların və BVF-nin hesablarında saxlanılan valyuta (960,5 milyon dollar) daxildir. Bundan əlavə, Milli Bankın ehtiyatlarına xüsusi borclanma obyektlərində (SDR) yerləşdirilən vəsaitlər daxildir - 465,2 milyon dollar, BVF-də ehtiyat mövqeyi isə 29 min dollardır. Qızılda olan vəsait 627,4 milyon lari təşkil edib.

Valyuta ehtiyatlarının strukturunda digər aktivlərin dəyəri mənfi 2,4 milyon dollar təşkil edir.

Chosen
1
11
yeniazerbaycan.com

10Sources