EN

Bayden dövlət başçısı kimi son günə qədər Ukraynaya yardım edəcək

ABŞ-ın hazırkı administrasiyası səlahiyyətlərin prezident Donald Trampa verilməsinə qədər Ukraynaya yardım göstərmək siyasətini dəyişməyəcək.

Azpost.info bildirir ki, bu barədə Ağ Ev və Pentaqonun nümayəndələri bildiriblər.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, prezident Co Bayden Ukraynaya yardımı davam etdirəcək və hərbi yardımın sürətini artıracaq. “Biz onların ehtiyac duyduqlarına sahib olmalarının nə qədər vacib olduğunu başa düşürük. Bu dəyişməyib. Biz Ukraynaya bu yardımın həcmini artıracağıq. Bu, şübhəsiz ki, davam edəcək” -deyə o bildirib.

Jan Pyer əlavə edib ki, Vaşinqton Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və döyüş meydanında onun imkanlarını artırmaq üçün tədbirlər görüb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib ki, Bayden administrasiyasının Kiyevi silah və hərbi texnika ilə təmin etmək üçün təxminən 6 milyard dolları qalıb. O qeyd edib ki, yardım paketləri gələn həftələrdə hazırkı administrasiyanın səlahiyyət müddəti bitənə qədər davam edəcək.

Chosen
14
azpost.info

1Sources