EN

Mourinyo cəzalandırıldı

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalandırılmasına səbəb onun Superliqanın 11-ci turunda “Trabzonspor”la matçdan sonra azarkeşlərə jestlər etməsi və hakimlərlə əlaqədar sərt ifadələr səsləndirməsidir.

TFF-nin İntizam Komitəsi məşqçini 1 oyunluq diskvalifikasiya edib. Həmçinin Mourinyo 958 min türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, bu oyunda İstanbul təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Chosen
4
3
yenicag.az

4Sources