EN

Dövlət Sərhəd Xidməti ağacəkmə aksiyası keçirib

Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 4-cü ildönümü, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.

Dövlət Sərhəd Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şüarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilib.

Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayram əhval-ruhiyyə ilə başa çatıb.

Chosen
13
16
operativmm.az

10Sources