“Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dialoqa hazırlığı açıq olaraq qalır.
Lakin hələ ki, danışıqların konkret təfərrüatları yoxdur”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
“Bu hazırlıq, bu açıqlıq davam edir. Hazırda heç bir konkret məlumat yoxdur”, - deyə Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Bundan əvvəl Tramp “NBC” telekanalına müsahibəsində seçkilərdə qələbə qazandıqdan sonra Putinlə hələ danışmadığını bildirsə də, bu ehtimalı istisna etməyib.