EN

Qəbir qazırdılar, xəzinə çıxdı - Foto 

Qəbir qazanları şoka salan hadisə yaşanıb. 

Ölkə.Az xəbər verir ki, Mersinin Tarsus rayonunda dəfn zamanı maraqlı hadisə baş verib. Qazılan məzarlıqda sınmış keramika qabı və tarixi əsər sayılan 500-dən çox sikkənin çıxmasından vətəndaşlar şoka düşüblər.

26 yaşlı Nuri Kavas yol qəzasında dünyasını dəyişib. Kavasın dəfni üçün məhəllə qəbiristanlığında qazıntılara başlanıb. Qəbir qazıntısı zamanı içərisində çoxsaylı sikkə olan keramika qab aşkar edilib. 

Hadisə yerinə jandarma və yerli muzey əməkdaşları çağırılıb. Qazılan məzardan 500-dən çox sikkə tapılıb.  

Mürtəza
Ölkə.Az

Chosen
49
1
olke.az

3Sources