EN

Ukrayna Rusiyanın daha bir generalını məhv etdi

Rusiya Silahlı Qüvvələrinin general-mayoru Pavel Klimenko Ukraynada öldürülüb.

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, o, əvvəllər separatçı “Donetsk Respublikasının” milisinin tərkibində olan 5-ci motoatıcı briqadaya (“Oplot”) komandirlik edib.

Hadisənin baş vermə şəraiti açıqlanmır. Məlumdur ki, Pavel Klimenkoya general-mayor rütbəsi verilməsi haqqında fərman 2024-cü il mayın 2-də Kreml portalında dərc olunub. General həm də “DXR Qəhrəman”ı adı, iki “İgidlik” ordeni, Aleksandr Nevski ordeni və “İgidliyə görə” medalı ilə təltif olunmuşdu.

“VChK-OGPU” Telegram kanalının məlumatına görə, general-mayor noyabrın 6-da məhv edilib.

Mənbənin sözlərinə görə, Klimenko motosikletçi qrupla Krasnohorivka keçid məntəqəsindən keçib və orada Ukraynanın FPV pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

Musavat.com

Chosen
13
musavat.com

1Sources