Əfqanıstanın 27 əyalətində son 3 ildə 140 qadının intihar etdiyi barədə hesabat dərc edilib.
"Cebheinfo.az" xəbər verir ki, 140 qadının əksəriyyətini gənc qadınlar və qızlar təşkil edir.
Bu yaxınlarda Bədəxşanda bir qadının taliban kişisi ilə ərə getməyə məcbur edilərək intihar etdiyi məlum olub.
Əfqanıstanın 27 əyalətində 140 qadının intiharı Taliban rejiminin əfqan qadınlara dağıdıcı təsirini ortaya qoyur.
“Taliban” hakimiyyəti altında qadınlar ciddi məhdudiyyətlərlə üzləşirlər. Nəhayət, qadınların bir-birinin səsini belə eşitməsi qadağan edildi.