EN

Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ağacəkmə aksiyası keçirilib (VİDEO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii SərvətlərNazirliyinin və Atçılıq Fedarasiyasının birgə təşkilatçılığı iləVətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylikili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına(COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, bubarədə DSX məlumat yayıb.

Bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasızamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əzizxatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdəquraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının vəekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisindəAbşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq2914 ədəd Eldar şamı ağacı əkilib.

Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayraməhval-ruhiyyə ilə başa çatıb.

Chosen
14
16
az.trend.az

10Sources