EN

Dəhşətli qətl: Ana iki uşağını öldürüb, iki həftə onların…

Braziliyada dəhşətli qətl hadisəsi baş verib. 

Parana əyalətinin Quarapuava şəhərində yaşayan 33 yaşlı Eliara Paz Nardes iki uşağını öldürüb və meyitləri ilə iki həftə eyni evdə yaşayıb.

News24.az xəbər verir ki, ana əvvəlcə 3 yaşlı oğlu Xoakimi yastıqla boğub, daha sonra 10 yaşlı qızı Alisi sakitləşdirici dərman içirib və sonra onu asıb. Qonşuların mənzildən xoşagəlməz qoxu gəldiyindən şikayət etməsindən sonra polis evə gəlib. 

Polis sözçüsü Ana Hass hadisə ilə bağlı açıqlama verib. "Uşaqlar yataqda yatmış kimi görünürdü, lakin onların bədənləri son dərəcə çürümüşdü", - deyə o bildirib. 

Ana ifadəsində müxtəlif atalardan olan övladlarına maddi və mənəvi dəstək ola bilmədiyini, əvvəlcə onları, sonra özünü öldürməyi planlaşdırdığını, lakin intihar edə bilməyədiyini bildirib.

Məhkəmə iki uşağı öldürən və meyitləri gizlədən anaya 64 il həbs cəzası verib. 



Chosen
22
news24.az

1Sources