EN

Şirvan şəhərində Zəfər Günü tədbirləri

Hər yerdə olduğu kimi Şirvan şəhərində də Zəfər Gününün dördüncü ildönümünə həsr edilmiş  silsilə tədbirlər keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər YAP  təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin digər təşkilat, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və  ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Sonra Şirvanda Zəfər Günü silsilə tədbir proqramı ilə davam edib.

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinin önündə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert baş tutub.

Tədbirdən öncə, şəhərin yeniyetmə və gənc idmançıları idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər. Sonra, məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Zəfər Gününə həsr olunmuş tədbir proqramı incəsənət nümayəndələrinin sevilən ifaları ilə davam etdirilib.

Sonda tədbir atəşfanlıqla sona çatıb. 

Chosen
15
xalqqazeti.az

1Sources