EN

Azərbaycanın Qürur Günü: Zəfər Bayramı və Qələbə ruhu

Arzu Nağıyev: "Zəfər Günü Azərbaycan Xalqının Qürur Mənbəyidir"

8 noyabr - Zəfər Günü, Azərbaycan tarixində qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir. News365.az-a açıqlamasında Arzu Nağıyev bildirib ki, bu gün Şuşanın işğaldan azad edilməsi ilə İkinci Qarabağ müharibəsində həlledici an yaşandı. 44 günlük mübarizənin zirvəsi olan Zəfər Günü, Azərbaycanın tarixi və hərbi əhəmiyyətini vurğulayan bir məqamdır.


Nağıyev qeyd edib ki, 44 günlük hərbi əməliyyatlarımızda əldə olunan zəfər, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın qələbə ruhu ilə yaşamasının nəticəsi idi. “Bu qələbə, şəhidlərimizin və qazilərimizin qanı bahasına əldə olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin," - deyə Nağıyev vurğulayıb.

O əlavə edib ki, illərdir təcavüz altında qalan torpaqlarımızın azad olunması təkcə hərbi qələbə deyil, eyni zamanda Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradıb. “Ali Baş Komandanın hərbi strategiyası sayəsində Azərbaycan xalqı suverenliyini bərpa etdi. Bu zəfər, xalqımızın birliyinin və gücünün göstəricisidir," - deyə Nağıyev bildirib.

Nağıyev, həmçinin vurğulayıb ki, hər il Azərbaycanda Zəfər Günü təntənəli şəkildə qeyd olunur və bu gün Azərbaycanın bütün ərazisində bayraqlarımız dalğalanır. “Bu, bizim xalqımızın şərəfi və düşmənə verdiyi açıq mesajdır: torpaqlarımız üçün canımızdan və qanımızdan keçməyə hər zaman hazırıq.”

“Azərbaycan xalqı, öz müstəqilliyini bərpa edərək tarixdə bir iz buraxdı. Biz artıq dördüncü Zəfər Günümüzü qeyd edirik. Eşq olsun Ali Baş Komandana, Azərbaycan xalqına və qüdrətli Azərbaycan Ordusuna ki, bu gün ölkəmizin təhlükəsizliyini təmin edən və hər bir təhdidin qarşısını ala biləcək gücə sahibdir,” - deyə Nağıyev vurğulayıb.

Sonda Nağıyev qeyd edib ki, bu gün Azərbaycanın gələcək nəsilləri üçün daha təhlükəsiz və sabit bir ölkə yaratmaq istiqamətində böyük addımlar atılır. "Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir və yeni-yeni qələbələr arzulayıram,” - deyə o əlavə edib.


Chosen
23
news365.az

1Sources