EN

Kreml Ukraynaya hücumların dayandırılması barədə bəyanat yayıb?

"Bu hücumlar gələcəkdə Ukraynanı danışıqlara məcbur etmək məqsədilə bərpa ediləcək..."
 
Moskva bu bəyanatı rüsvayçılıq, Kiyev hiylə adlandırıb
 
Rusiya təbliğatı Ukraynaya güclü raket hücumlarının dayandırılması barədə məlumat yayıb, Ukrayna Milli Təhlükəsizlik Şurası bunu təhlükəli bəyanat adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Rusiyanın Z-nəşrləri Ukraynaya güclü raket hücumlarının daha olmayacağı barədə məlumat yayıb. Bu hücumlar, guya, gələcəkdə Ukraynanı danışıqlara məcbur etmək məqsədilə bərpa ediləcək. 
 
Lakin Dezinformasiyaya Müqavimət Mərkəzi xəbərdarlıq edib ki, bu bəyanatı ciddi qəbul etmək olmaz.
 
Mərkəzin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya qoşunları əvvəlkitək raketlər toplayır və güclü hücumlar təhlükəsi qalmaqda davam edir.
 
O, qeyd edib ki, təbliğatçıların məlumatlarında gizli ultimatum var: "Düşmən strateji hava limanlarında fəal şəkildə raketlər toplayır, raketlərin sayı artıq yeni zərbə endirməyə imkan verir. Həmçinin zərbə endirmək üçün aviasiya da hazırdır".  Bu o deməkdir ki, mümkün hücumlara hazır olmaq lazımdır.
 
Hərbi ekspert İvan Stupak "Radio NV"-yə müsahibəsində bu bəyanatla bağlı şübhəsini ifadə edib. O, bunu saxta məlumat adlandırıb. Stupak vurğulayıb ki, son ay ərzində Ukrayna dronlar hücumuna, habelə raket zərbələrinə məruz qalmaqda davam edib.
 
"Ukrayna şəhərlərinə minlərlə dron buraxılıb. Xarkov, Sumı və Zaporojye kimi şəhərlər Rusiya raketlərinin hədəfinə çevrilib. Odessa zərər çəkməkdə davam edir. Rusiya tərəfindən hücumların dayandırılması barədə bəyanatlar hiylədən başqa bir şey deyil", - o, əlavə edib.
 
Bununla yanaşı, bir çox hərbi ekspertlər xəbərdarlıq edib ki, Rusiya yeni güclü hücumlar üçün raketlər toplamaqda davam edir və onların bir dəfə hücum üçün sayı 120-150 raketə çata bilər.
Chosen
26
moderator.az

1Sources