EN

"Ermənistanda bu gün ədalətsizlik və qanunsuzluq var" - Paşinyan

"Ermənistanda bu gün çoxlu korrupsiya, ədalətsizlik və qanunsuzluq var. Və bu da indi siyasi məsələyə çevrilir".

"Unikal" xəbər verir ki, bunu noyabrın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Hökumət Ermənistanın müstəqil məhkəmə və hüquq sisteminə malik olması üçün bütün şəraiti təmin edib. Bu gün heç kim deyə bilməz ki, hökumətin siyasi iradəsizliyi ucbatından bəzi bizneslər irəli getmir, çünki Nazirlər Kabineti buna imkan vermir, maneələr yaradır. Bu, ümumiyyətlə, ola bilməz”, - Paşinyan bildirib.

Chosen
72
50
unikal.az

10Sources