EN

Sumqayıtda Zəfər Günü qeyd olundu - FOTOLAR

Sumqayıt Şəhidlər xiyabanında 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vurğulanıb ki, bu gün ölkənin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbə xalqın yenilməzliyinin, dövlətin qüdrətinin təntənəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordu 44 gün davam edən Vətən müharibəsində tarixin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqların azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını xalqın üzərindən götürdü. Torpaqları azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-20-də, cəmi 1 gün ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olundu. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı.

Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Chosen
21
50
unikal.az

10Sources