EN

Ülvi Quliyev şəhidlərimizi yad etdi

Yasamal rayon ictimaiyyəti 8 noyabr Zəfər Gününü təntənə ilə qeyd edir.
 Milli Məclisin deputatı Ülvi Quliyev 8 noyabr Zəfər Günü ilə əlaqədar tədbirlərə iştirak edib.
XALQ.AZ məlumat verir ki. 8 noyabr Zəfər Günü münasibətilə bu gün Yasamal rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımızın xatirəsini yad edib. Bununla əlaqədar Yasamal rayon ictimaiyyətinin nümayəndələri birinci və ikinci Fəxri Xiyabana baş çəkərək burada Ümummilli lider Heydər Əliyevin və Azərbaycan silahlı qüvvələrinin şəhid əsgər və zabitlərinin əziz xatirəsini yad ediblər. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə gül dəstələri düzülüb.
İctimaiyyət nümayəndələri həmçinin Yasamal rayon şəhidlərinin xatirə kompleksini də ziyarət edərək onların əziz xatirəsi ehtiramla yad edib, kompleks önünə gül dəstələri düzüblər.
Chosen
22
1
xalq.az

2Sources