EN

85 yaşlı Lalə nənə Zəfər Gününə şeir yazdı - Öz dilindən VİDEO

85 yaşlı Lalə nənə Zəfər Gününə şeir yazdı - Öz dilindən VİDEO

Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olan 8 noyabr Zəfər Gününü xalqımız böyük qürurla qeyd edir.

44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzü bərpa etdiyimiz, düşmən üzərində parlaq və qətiyyətli qələbə çaldığımız Zəfər Günü...

Uşaqdan-böyüyə hər bir azərbaycanlı bu tarixi gün üçün sanki öz töhfəsini vermək istəyir. Vaxtilə düşmən işğalı nəticəsində öz doğma ata-baba yurdunu tərk etmək məcburiyyətində qalan, 30 ilə yaxın ürəyi Vətən həsrətilə çırpınan 85 yaşlı Lalə nənə də belələrindəndir.

Süleymanova Lalə Muradxan qızı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açıb. O, Vətənə, torpağa bağlı əsl Azərbaycan qadınıdır. Oğlu Rafiq müəllim deyir ki, 2020-ci ildə 44 günlük Vətən savaşında qələbə qazandığımız gün Lalə ana qurban kəsdirib:

“Gecə saat 3 olardı. Anam hamımızı yuxudan qaldırdı. Dedi ay bala, nə yatmısız? Torpaqlarımız düşməndən geri alınıb. Bu əziz gündə yatmaqmı olar?”

8 noyabr Zəfər Günündə hamı kimi, Lalə nənənin də sevincinin həddi-hüdudu yoxdur. O, öz hisslərini şeirlə ifadə edib və öz dilindən səsləndirdiyi “Zəfər Günü” adlı şeirini Azərforum redaksiyasına göndərib.

Azərforum həmin şeiri təqdim edir: 

Bu tarixi qələbəni bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Chosen
338
azerforum.com

1Sources