EN

Üçüncü rübdə dünyada ən çox satılan smartfonlar

"iPhone 15" 2024-cü ilin üçüncü rübündə qlobal smartfon satışlarına liderlik edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Counterpoint Research" tədqiqat şirkətinin hesabatında deyilir.

İkinci və üçüncü yerləri daha bahalı "iPhone 15 Pro Max" və "iPhone 15 Pro" tutub. Analitiklər qeyd edir ki, Pro modelləri ilk dəfə olaraq üçüncü rübdə bütün "iPhone" satışlarının yarısını təşkil edib.

Əlverişli qiymətləri və uzunmüddətli proqram dəstəyi ilə tanınan "Samsung"un "Galaxy A "seriyası smartfonları artan bazarlardakı populyarlığı və sərfəli modellərə diqqət yetirməsi sayəsində ən populyar 10 cihaz arasında dörd yeri tutub. Belə ki, dördüncü yerdən yeddinci pillələrə kimi "Galaxy A15 4G", "Galaxy A15 5G", "Galaxy A35 5G" və "Galaxy A05 "qərarlaşıb.

Eyni zamanda, "Samsung"un flaqman "Galaxy S24" xəttinin baza modeli onuncu yerdə qalır və ardıcıl üçüncü rübdür ki, ilk 10-luqdadır. Mütəxəssislər qeyd edir ki, 2018-ci ildən bəri ilk dəfədir "Galaxy S" modeli qlobal satış liderləri onluğuna daxil olur.

Nəhayət, səkkizinci və doqquzuncu yerləri "iPhone 14" və "Redmi 13C" tutub.

Aydın

Chosen
4
1
qaynarinfo.az

2Sources