Donald Trampın həyat yoldaşı Melania Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner Ağ Evə köçməyəcək.
Bu barədə “People” jurnalı yazıb.
Məlumata görə, Tramp ailəsinə yaxın olan adı açıqlanmayan mənbələr Melanianın Ağ Evə köçmək istəmədiyini iddia edib.
Mənbələr Melania Trampın Nyu-Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını qeyd edib.
Həmçinin Melania Trampın siyasətdən nifrət etdiyi üçün bu məsələrdən uzaq qalacağı, ancaq Ağ Evdə iştirak etməsi lazım olan proqramlara qatılacağı bildirilib.
“PageSix” saytının məlumatına görə, Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin də Ağ Evə köçməyəcəyi iddia edilir.
Qeyd edək ki, İvanka Tramp və əri Cared Kuşner Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və o, Ağ Evdə olarkən baş məsləhətçi vəzifəsində çalışıblar.Publika.az