EN

"Şimali Koreya əsgərləri əbəs yerə tələf olacaq" - "The Guardian"

"Kim Şimali Koreya əsgərlərini əsir götürsə, o, mükafat olaraq bir yeşik şampan əldə edəcək..."
 
Kursk vilayətində mövqelərini qoruyub saxlayan ukraynalı hərbçilər bəyan edir ki, Şimali Koreya qoşunları ilə toqquşmalara hazırdır və bu təhlükə ilə bağlı xüsusi narahatlıq keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Ukraynalı hərbçilərin sözlərinə görə, KXDR hərbçilərinin hazırlıq səviyyəsi və təchizatı Ukrayna qüvvələrindən xeyli geridə qalır.
 
Döyüşçülərdən biri Vitali Ovçarenkonun dediyinə görə, o, artıq Koreya dilini öyrənir. "Mən belə komandaları yadımda saxlamışam: "Əllər yuxarı, silahı tulla və dərhal yanıma gəl!", "Zirehli gödəkçəni və şlemi çıxar!", - o, məlumat verib.
 
Bu həftə Şimali Koreya əsgərlərinin artıq Suca yaxınlığında döyüşlərdə iştirak etməsi və Ukrayna Silahlı Qüvvələri ilə toqquşması barədə məlumatlar yayılıb. Bunu döyüş əməliyyatlarına necə təsir edəcəyini dəyərləndirmək çətin olsa da, ukraynalı döyüşçülərinin özləri soyuqqanlı təsir bağışlayır.
 
"Moskvanın bu əsgərlərə necə təlim keçməsi və onlarla qarşılıqlı əlaqəni necə planlaşdırdığı bəlli deyil. Onlar totalitar rejimin sadiq fanatları və ya başqa qitədən göndərilmiş döyüş təcrübəsi olmayan yeni əsgərlər ola bilər. Biz istənilən vəziyyətə hazırıq. Əgər döyüşə girsələr, onları mənasız ölüm gözləyəcək", - Ovçarenko şərh edib.
 
Kursk vilayətində olan ukraynalı döyüşçülər zarafatla deyir ki, kim Şimali Koreya əsgərlini əşir götürsə, o, mükafat olaraq bir yeşik şampan əldə edə edəcək". "Əlbəttə,  əslində biz onları səlahiyyətli orqanlara təhvil verəcəyik", - Ovçarenko dəqiqləşdirib.
 
O, həmçinin qeyd edib ki, Rusiya qoşunları Suca yaxınlığında yaralı əcnəbi əsgərlərə çətin ki, qayğı göstərsin, çünki, onun sözlərinə görə, yerlərdə irqçilik hökm sürür. "Bu, məni heyrətə gətirib", - o, əlavə edib.
 
Ovçarenkonun sözlərinə görə, Şimali Koreyanın dörd briqadasının üzə çıxmasına və ilk toqquşmalara rəğmən, Kursk vilayətində əməliyyat uğurlu olub. "Biz hətta düşündüyümüzdən də çoxuna nail olmuşuq. Müharibə həmişə gözlənilməzliklərlə doludur, amma biz bütövlükdə nikbin ovqata köklənmişik", - o, deyib.
 
Bundan öncə bəyan edilib ki, USQ-nin Kursk vilayətinin bir hissəsini ələ keçirməsi müharibənin gedişini dəyişə bilər. Ekspertlərin sözlərinə görə, bu, Kiyevin Moskva ilə gələcək danışıqlarında mühüm amil ola bilər.
Chosen
60
50
moderator.az

10Sources