Müsavat tv-nin aparıcısı Sevinc Telmanqızı sosial mediada tanınan Baboş, Bayram Nurlu və onlar kimi məşhurluq qazanan digər şəxslər barədə diqqətçəkən fikirlər səsləndirib. O iddia edib ki, ədəbsizliklə məşğul olan şəxslərin dəstəkçiləri yüksək səviyyəli şəxslərdir. "Onların elə dəstəkçiləri var ki, siz onları təsəvvür edə bilməzsiniz" deyə aparıcı öz mənbələrindən əldə etdiyi məlumata istinadən bildirib.