EN

Tramp Truth Social sosial şəbəkəsinin səhmlərini satmayacağını açıqlayıb » AzadMedia.az


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb ki, şirkətə səhm satmağı planlaşdırmır.

Onun sözlərinə görə, internetdə onun Truth Social şirkətinə məxsus səhmlərini satmağa hazırlaşdığı barədə yalan məlumatlar yayılmağa başlayıb. O əlavə edib ki, bu cür açıqlamaları səhmlərin ucuzlaşması və ya qalxmasında maraqlı olanlar verir.

“Bu şayiələr və ya bəyanatlar yalandır. “Satmaq fikrində deyiləm” deyən Prezident əlavə edib ki, onun haqqında yalan məlumat yayan şəxslər barəsində istintaqa başlanılmasını tələb edir.

Truth Social, Trampa məxsus olan Trump Media & Technology Group tərəfindən yaradılmış sosial şəbəkədir. O, fikirlərini azad ifadə etmək üçün platforma kimi mövqe tutur.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp bu post uğrunda mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçicinin səsini toplamalı idi. Seçkilərdə Tramp 295 səs toplayıb.

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Chosen
17
25
azadmedia.az

10Sources