EN

20 min əcnəbi Rusiyadan deportasiya edilir

"Qanunsuz 2024" əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq.

Azreform.info Baku.vs-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

Volk bildirib ki, əməliyyat çərçivəsində miqrasiya qanunvericiliyinin 106 mindən çox pozuntusu müəyyən edilib və 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul olunub.

Bundan başqa, tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı dörd mindən çox cinayət işi başlanıb.

Həmçinin digər cinayətlər, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 684 cinayət işi başlanıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyi bir sıra qurumlarla birgə hər il bu tədbiri keçirir.

"Qanunsuz 2024" əməliyyatı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, o cümlədən bu sahədə fəaliyyət göstərən beynəlxalq və regionlararası əlaqələri olan mütəşəkkil qrupların və cinayətkar birliklərin fəaliyyətinin qarşısının alınması məqsədi ilə həyata keçirilir.

Chosen
26
12
azreform.info

10Sources