EN

Sözlə silahlananlar: Vətən müharibəsindən ilk dəfə yayımlanan görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ xronikası" verilişinin 149-cu buraxılışı yayımlanıb.
Oxu.az xəbər verir ki, verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda İkinci Qarabağ müharibəsində Azərbaycan jurnalistikasının rolundan bəhs edib.
Vətən müharibəsində jurnalistikamızın üzərinə çətin bir vəzifə götürdüyünü deyən F.İsazadə vurğulayıb ki, bu kontekstdə ən ağır yükün altına girənlər isə "Baku TV" və "Oxu.Az"ın əməkdaşları olub: "Biz ilk olaraq keçmiş təmas xəttindən, sonra isə işğaldan azad edilən ərazilərdən xalqımıza və dünya ictimaiyyətinə real vəziyyət haqqında dolğun reportajlar hazırlayıb çatdırırdıq. İnformasiya cəbhəsində saxtakarlıqla mübarizəmiz nəticəsiz qalmadı. Ermənistanın şüurlu qismi real vəziyyət haqqında məlumatları Azərbaycan jurnalistlərini izləyərək əldə edirdilər".
Fərdin İsazadə döyüşlərdə real çətinliklərin öhdəsindən gələn hərbçilərimizin istənilən mürəkkəb vəziyyətdə ani qərarla tapşırıq icra etdiklərinin şahidi olduğunu deyib:
"Bəli, çox şey haqda danışmadıq. İndi də bu pərdəni tam olaraq qaldırmayacağıq. Məsələn, hücumda olan Azərbaycan Ordusu bölmələrinin Zəngilana çatmağına az qalmışdı. Ermənistan ordusu və qeyri-qanuni silahlı dəstələr Ordumuzun Araz çayı boyunca uzanan bölmələrini iki hissəyə yarmaq məqsədilə Hadrut-Nüzgar xətti istiqamətindən əks-hücum əməliyyatı icra etmişdilər. Bu hücuma düşmən 25 minədək canlı qüvvə, döyüş aviasiyası, tank və raket-artilleriya qüvvələrini, xüsusi təyinatlı briqadaları cəlb etmişdi".
Hərbi müxbir bildirib ki, müharibə vaxtı çəkilən bəzi kadrlar həmin dövrdə düşmənin strateji məlumatlarımızı əldə edə bilməməsi üçün yayımlanmayıb:
"Bu, öz növbəsində ağır itkilərə gətirib çıxara bilərdi. Ona görə də biz reytinq gətirə biləcək bütün məlumatları bir kənara qoyaraq ümumi qələbəmiz üçün iş gördük. "Hərbçilərimizin fəaliyyətini bir jurnalist belə lentə almadı" iradlarını isə təmkinlə qarşıladıq, reaksiya vermədik.
Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsində sadəcə bir peşə olmadı. Vətənin çətin anlarında məhz bu ixtisas sahiblərinin hər reportajı xalq ilə ordu arasında mənəvi körpünün yaradılmasına təkan verdi. Düşmənin informasiya təxribatlarına sinə gərdi".
Ətraflı süjetdə:
Chosen
157
50
oxu.az

10Sources