Bakı.
Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət komandasıAvropa birinciliyində növbəti medalını qazanıb.
Trend-inməlumatına görə, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışdaGülay Əliyeva fəxri kürsüdə yer alıb.
44 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz, Türkiyə,Monteneqro və Yunanıstandan olan rəqiblərini məğlub edərəkyarımfinala yüksəlib. Lakin, yarımfinalda polşalı Qabriela Vrzeşayauduzan Gülay, nəticədə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, birinciliyin ilk günündə taekvondoçumuz FəridƏlizadə (61 kq) də bürünc medal qazanıb.