EN

Can alan yeməklər: Nələrə diqqət etmək lazımdır?

Göbələkdən zəhərlənmə halları artıb, hətta ölənlər olur. Bəzən adamgöbələyini meşədən yığıb yeyən də zəhərlənir. Göbələk yığarkən və yeyərkən nələrə diqqət etmək lazımdır?

News24.az bildirir ki, Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov qida zəhərlənmələri ilə bağlı kifayət qədər maarifləndirmə işlərinin aparıldığını qeyd edib.

O, aylardır göbələkdən zəhərlənmələrin artdığını vurğulayıb:

“Regionda yaşayan vətəndaşlarımız çox vaxt meşədən və ya öz həyətlərindən yabanı göbələk toplayırlar. Topladıqları məhsulu isə müxtəlif qaydada bişirirlər. Əslində, bu göbələklərin hamısı deyil, bəziləri zəhərli olur. Məsələn, şampinyona bənzər göbələk və ya digər faydalı göbələyi toplayarkən, yanlışlıqla zəhərli məhsul da toplayırlar. Bu isə zəhərlənməyə gətirib çıxarır”.

A.Salamovun fikrincə, yaxşı ki, zəhərlənən şəxs göbələyi turşu halında yeməyib:

“Bəlkə də, turşu olsa idi bir neçə adam zəhərlənərdi. Çox güman ki, adam o yeməyi tək yeyib. Xüsusi adamlar zəhərli göbələyi onun qapağının altına və ya üstünə baxmaqla tanıya bilir. Lakin tanımayan bir insan gedib məhsulu topladıqda, təbii ki, zəhərlənmə baş verir”.


Chosen
58
news24.az

1Sources