EN

Ölən azarkeş sabiq baş məşqçiymiş - FOTO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan “Bavariya” – “Benfika” (1:0) matçı zamanı azarkeş vəfat edib.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, həmin Romeyn Cin adlı şəxs Lüksemburqun qadınlardan ibarət futbol yığmasının keçmiş baş məşqçisi olub.

O, 2006-2012-ci illərdə milliyə rəhbərlik edib.

Qeyd edək ki, oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, o infarktan vəfat edib.

"Cebheinfo.az"

Chosen
20
42
cebheinfo.az

6Sources