"Tramp ABŞ daxilindəki rəqiblərindən qisas alacaq" - KİV
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp onu tənqid edən və təqib edənlərlə qarşı mübarizəyə başlaya bilər. Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb. “Tramp hələ də ona olan münasibətə görə çox qəzəblidir. Tramp həmişə qisasçı olub və ondan fərqli heç nə gözləməyin”, - nəşr qeyd edib. Qeyd olunur ki, siyasətçinin mümkün hədəfləri ABŞ-nin hazırkı prezidenti Co Bayden, vitse-prezident Kamala Harris, keçmiş respublikaçı konqresmen Liz Çeyni və Nümayəndələr Palatasının eks-spikeri Nensi Pelosi ola bilər.