EN

30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN

Həkimlər bildirir ki, 30 gün ərzində zərərli yeməklərdən və spirtdən imtina etsəniz,vücudunuzda gözləgörüləcək şəkildə dəyişikliklər baş verəcək. Zərərli qidalar və spirt həm qısa, həm də uzun müddətdə sağlamlığınıza əhəmiyyətli zərər verə bilər. Boş kalorilərdən imtina etməyə qərar vermək fiziki və zehni sağlamlığınızda nəzərəçarpacaq yaxşılaşmalara səbəb olacaq.

Düzgün qidalanmadan 30 gün sonra bədəninizdə aşağıda qeyd olunan dəyişikliklər olacaq:

Kilo itkisi

Zərərli qidaları diyetinizdən çıxararaq, gündəlik kalori qəbulunuzu əhəmiyyətli dərəcədə azaldacaqsınız ki, bu da qaçılmaz olaraq kilo verməyə səbəb olacaq. Çips, kartof qızartması və şirniyyat kimi qidlalar xeyli kalori ehtiva edir, lakin orqanizmə heç bir fayda vermir.

Qaraciyərin bərpası

Uzun müddətli spirt istehlakı qaraciyərə zərərli təsir göstərir, lakin spirtdən imtina etdikdə orqanın bərpası şansı verir.

Sağlam qidaya iştah artımı

Zərərli qidalardan qaçmaq, pəhrizinizə daha sağlam alternativləri daxil etmək üçün yol açır. Lif, zülal, vitamin və minerallarla zəngin yeməkləri seçməyə başlayacaqsınız. Onlar adətən yağsız protein, tam taxıl, tərəvəz və meyvələrdə olur.

Ürək-damar qorunması

Alkoqol metabolizə edildikdə, qaraciyər dehidrogenaz adlı bir ferment istehsal edir. Həddindən artıq spirt istehlakı bədənin digər fermentlərdən istifadə etməsinə səbəb ola bilər ki, bu da xolesterolun oksidləşməsinə kömək edir. Bu, damarları bağlaya, ürək xəstəliyi riskini artıra bilər.

Dərinin sağlamlığı

“Fast food” dəriyə mənfi təsir göstərərək sızanaq və iltihaba səbəb ola bilər. Dəri problemləri ilə qarşılaşsanız, yağlı qidalardan uzaq durmalısınız. Bəzi süd məhsullarının və yüksək glisemik indeksi olan qidaların istehlakının azaldılmasına xüsusi diqqət yetirilməlisiniz.

Xərçəng riskinin azaldılması

Alkoqol ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Toksikologiya Proqramı tərəfindən kanserogen kimi siyahıya alınıb. Alkoqolun müntəzəm istifadəsi kolorektal, döş, qaraciyər, yemək borusu, baş və boyun xərçəngləri də daxil olmaqla bu xəstəliyin inkişaf riskini artırır.

Keyfiyyətli yuxu

Tərkibində çoxlu şəkər, duz və yağ olan yeməklər təkcə kilo aldırmır, həm də yuxunu poza bilir. Yüksək qan şəkəri yuxuya getməyi çətinləşdirə bilər. Zərərli yeməklərdən qaçmaq daha dərin və rahat yuxuya gətirib çıxarır./lent.az

Chosen
32
1
turkustan.az

2Sources