EN

“TRAMP UKRAYNANIN BÜTÖVLÜYÜNÜ TƏMİN EDƏCƏK...” – “Onun erməni diasporu ilə heç vaxt bağlılığı olmayıb”

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.

Koreya Respublikasının hərbçiləri KXDR-i GPS siqnalının bloklamağı dərhal dayandırmağa çağıraraq, hər hansı nəticələrə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. KXDR Cənubi Koreya tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.

Chosen
17
azpolitika.info

1Sources