EN

SEPAH Trampı öldürmək tapşırığını verib? - Və ya İran "agentləri" niyə indi tutuldu?

Xəbər verdiyimiz kimi, ABŞ Ədliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) seçkilərdə qalib gələn ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırladığını bildirib.

“AzPolitika” xəbər verir ki,  ABŞ Ədliyyə Nazirliyi sui-qəsd cəhdinin hazırlanması ilə əlaqədar 49 yaşlı Karlayl Rivera və 36 yaşlı Conatan Loadholtun həbs edildiyini açıqlayıb. Digər şübhəli şəxs, 51 yaşlı Fərhad Şakeri ABŞ-dan kənarda, ehtimal ki, İrandadır. Amerika səlahiyyətliləri onu Tramp da daxil olmaqla bir neçə nəfərə sui-qəsd hazırlayanşəbəkəyə rəhbərlik etdiyi iddia edilən SEPAH agenti adlandırır.

İddia olunur ki, Şakeri İranın xüsusi xidmət orqanları tərəfindən Nyu-Yorkda ABŞ vətəndaşı olan iki yəhudini izləmək və onları öldürməyə hazırlaşmaq, həmçinin Şri-Lankada israilli turistləri izləmək tapşırığı alıb. İddialara görə, bu il oktyabrın 7-də ona Trampa sui-qəsd planı hazırlamaq tapşırığı verilib.

Bundan əlavə, Rivera və Loadholt Nyu-Yorkda jurnalist kimi çalışan və İran hakimiyyətini tənqid edən iranlı amerikalının izlənilməsini təşkil etməli idilər. Onu da öldürməyi planlaşdırıblar.

Ədliyyə Nazirliyi bildirir ki, Fərhad Şəkəri iranlıdır, lakin uşaqlıqdan ABŞ-da yaşayır. O, 2008-ci ildə ölkədən qovulana qədər soyğunçuluq ittihamı ilə 14 il həbs cəzası çəkib. Amerika səlahiyyətlilərinə görə, o, həbsxanada Rivera və Loadholtla tanış olub. Onda hər üçü İranın kəşfiyyat xidmətləri tərəfindən casusluğa cəlb edilib.

İyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı Tramp sui-qəsd nəticəsində yüngül yaralanıb. Mitinq iştirakçılarından biri ölüb, daha ikisi isə ağır yaralanıb. Hücum edən, əslən Pensilvaniyadan olan 20 yaşlı Tomas Metyu Kruks Xüsusi Xidmətin cavab atəşi ilə vurularaq öldürülüb. 

Mümkündür ki, Bayden adminstrasiyası özlərini sığortalamaq üçün Trampa edilən sui-qəsd cəhdini İrana bağlanmaq niyyətindədir. ABŞ Ədliyyə Nazirliyinin İran agentləri adlandırdığı kriminallarla bağlı məlumatının da buna hesablanması  istisna deyil.  Hər halda bu "agentlərin" Tramp prezident seçildikdən sonra tutulması çoxlu suallar doğurur. 

“AzPolitika.info”

Chosen
38
azpolitika.info

1Sources