EN

Məhsuldar duellər və “Kəpəz”in həsrəti

Misli Premyer Liqasında XIII turun ikinci günü “Sabah” – “Kəpəz” matçı ilə yekunlaşacaq.

İdman.biz xəbər verir ki, turnir cədvəlinin ilk “beşliy”ində sonuncu olan paytaxt klubu ilə turnir cədvəlinin autsayderi arasında görüş rəqiblərin 10-cu qarşılaşması olacaq.

Əvvəlki 9 matçda “Kəpəz” qələbəyə həsrət qalıb. 7 qələbəsi olan Bakı klubu yalnız 2 dəfə xal itirib.

Paytaxt təmsilçisi bu oyunlarda yüksək məhsuldarlıqla diqqət çəkib. Hər görüşdə ən azı 2 qola imza atan “Sabah” 9 oyunda 24 top vurubsa, 9-nu buraxıb. Son üç dieldə hər iki komanda fərqlənməyi bacarıb.

Bakı təmsilçisi öz meydanında 3 qələbə qazanıb və 1 heç-heçə edib. Paytaxtdakı son iki görüşdə tərəflərin hər biri ən azı 2 qola sevinib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” görüşü saat 19:30-da başlayacaq.

09.10.2022

Sabah (Bakı) - Kəpəz (Gəncə)

5:0

14.12.2022

Kəpəz (Gəncə) - Sabah (Bakı)

2:2

04.03.2023

Sabah (Bakı) - Kəpəz (Gəncə)

2:0

05.05.2023

Kəpəz (Gəncə) - Sabah (Bakı)

0:3

24.09.2023

Sabah (Bakı) - Kəpəz (Gəncə)

2:2

03.12.2023

Kəpəz (Gəncə) - Sabah (Bakı)

0:2

17.02.2024

Sabah (Bakı) - Kəpəz (Gəncə)

3:2

21.04.2024

Kəpəz (Gəncə) - Sabah (Bakı)

1:2

31.08.2024

Kəpəz (Gəncə) - Sabah (Bakı)

2:3

İdman.biz

Chosen
24
1
idman.biz

2Sources