EN

FETÖ lideri Fətullah Gülənin dəfn mərasimi ilə bağlı şok TƏFƏRRÜAT: Xristian adətləri ilə basdırılıb

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülənin dəfni ilə bağlı yeni şok məlumatlar üzə çıxıb. Belə ki, özünü islam mütəfəkkiri kimi göstərən FETÖ başçısının dəfn mərasiminin xristianların ənənələrinə uyğun həyata keçirildiyi məlum olub.

 
Bu barədə "Haber Global" xəbər yayıb.
 
Bildirilir ki, illər boyu islamın müdafiəçisi rolunu oynayan, dini istismar edən Gülən, əslində, imperialist maraqlar üçün din pərdəsi altında fəaliyyət göstərib.
 
Məlumata görə, ABŞ-də çoxsaylı islami dəfn xidməti göstərən şirkətlər olduğu halda FETÖ başçısının cənazəsi üçün məhz protestantların (xristianlığın başlıca cərəyanlarından biri) üstünlük verdiyi şirkətlə müqavilə bağlanıb. Üstəlik, təşkilatın rəhbərliyi dəfn prosesinin gizli saxlanılması üçün şirkətə təzyiq göstərib. Buna görə şirkət mərhumların adının qeyd olunduğu təqvimdə, öz qaydalarına zidd olaraq, Gülənin dəfn edildiyi 24 oktyabr tarixini boş saxlayıb.
 
Həmçinin, təvazökar həyat tərzi sürdüyü iddia edilən Gülən üçün ABŞ-də qiyməti 2 000-25 000 dollar arasında dəyişən ən keyfiyyətli tabutlardan alınıb. O, xristianlıq inancına uyğun olaraq, həmin tabutda dəfn edilib.
 
Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı Fətullah Gülən aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib. Mərasimdə bir çox qeyri-adiliklər, xüsusilə təkbir gətirilməsinin ("Allahu əkbər" deyilməsinin) qadağan edilməsi, bunun əvəzində Gülənin tabutu başında kardinalın "İncil"dən hissə oxuması hamı tərəfindən heyrətlə qarşılanmışdı.
 
Oxu.az

Chosen
26
9
yenilik.az

10Sources