EN

Yaponiya üç ölkəyə qarşı hərbi imkanlarını genişləndirir - Baş nazirdən sərt açıqlama

Yaponiyanın Baş naziri Şiqeru İşiba Çin, Rusiya və Şimali Koreyanın artan hərbi fəaliyyətləri qarşısında ölkəsinin müdafiə imkanlarını gücləndirəcəklərini bildirib.

Teleqraf.com "Kyodo"ya istinadla xəbər verir ki, bu barədəBaş nazir ölkənin özünümüdafiə qüvvələrinin 70 illik yubiley tədbirləri çərçivəsində çıxışı zamanı söyləyib.

Çin və Rusiyanın son zamanlar Yaponiya hava məkanını pozmasının qəti şəkildə qəbuledilməz olduğunu deyən İşiba, bütün bunların Şimali Koreyanın ballistik raket sınaqları ilə birlikdə mürəkkəb təhlükəsizlik problemləri yaratdığını qeyd edib.

Xatırladaq ki, Yaponiya avqustun 26-da Çin ordusuna məxsus "Y-9" tipli hərbi təyyarənin Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiya hava məkanına daxil olduğunu bildirib. Bundan sonra Tokio administrasiyası diplomatik kanallarla Çinə etiraz etmişdi. Həmçinin Rusiyanın “İL-38” patrul təyyarəsinin sentyabrın 23-də Hokkaydo bölgəsinin şimal-qərbindəki Rebun adaları ətrafında üç dəfə, maksimum bir dəqiqə ərzində Yaponiya hava məkanını pozduğu iddia edilib. YaponiyaNazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa bu iddiadan sonra Rusiyaya çox sərt etiraz etdiklərini açıqlayıb. Digər tərəfdən, Şimali Koreya noyabrın 5-də Koreya yarımadasının şərq sahilinə naməlum ballistik raket, oktyabrın 31-də isə Yaponiya dənizinə qitələrarası ballistik raket atıb.


Müəllif: Teleqraf.com
Chosen
50
1
teleqraf.com

2Sources