EN

Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir

"Bakı Metropoliteni" QSC-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə növbəti layihə icra edilib.

Aznews.az xəbər verir ki, metropolitençi övladlarının “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi əsasında hazırlanmış ədəbi-bədii proqramların növbəti hissəsi rəsm sərgisindən ibarətdir.

İlk olaraq “İçərişəhər” stansiyasının vestibülündə nümayiş etdiriləcək balacaların əl işləri ekoloji mühitin, təbiətin qorunmasını tərənnüm edir. Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, yaşıl dünya naminə fəal olmağa və töhfə verməyə səsləməkdir.

Nümayişə 16 məktəblinin təbiət mövzulu 55 rəsm əsəri çıxarılıb. Bir-birindən rəngarəng fotolardan ibarət sərgi 20 gün davam etdiriləcək və bir neçə stansiyada nümayiş olunacaq.

Chosen
22
13
aznews.az

10Sources