EN

Amorim "Mançester Yunayted"də ən çox bəyəndiyi oyunçunun adını çəkdi

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim İngiltərə nəhəngində ən sevdiyi futbolçunun adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, 39 yaşlı məşqçi TNT Sports-a belə deyib: 

"Çalışdığım bütün uruqvaylılar inanılmazdır və buna görə də onları sevirəm... Uqarte çox istedadlı oğlandır və onun böyümək üçün böyük potensialı var. Onunla yenidən “Mançester Yunayted”də çalışacağım üçün çox şadam!”

Amorim gələn həftə "Old Trafford"da işə başlayacaq. O, 2023-cü ildə “Sportinq”lə birlikdə Portuqaliya çempionluğunu qazandığı Manuel Uqarte ilə yenidən birlikdə çalışacaq. 

Uqartenin son klubu PSJ olub. O, bir il çıxış etdiyi Paris klubunu bu yay "Mançester Yunayted"ə dəyişib. 50 milyon funt-sterlinqə alınan uruqvaylı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində 10 oyun keçirib.

Mirağa

Chosen
14
fanat.az

1Sources