EN

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” — Həmkarını biabır etdi

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında da mübahisə yaşanıb. Həmin mübahisə isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı və müzakirələrə rəvac verdi. 

Yenisabah.az məsələnin təfərrüatlarını öyrənmək üçün müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. Məhşur ifaçı saytımıza açıqlamasında nə baş verdiyini belə izah edib:

“Elşad Qarayev toy müğənnisidir. Bir var bəstəkar mahnısı ifa edəsən, bir də var toy - "İran təranələri" ritmində fars, ərəb musiqisi oxuyasan. Bilir ki, bunlar mənim xoşuma gəlmir. Nəinki xoşuma gəlmir, belə ifaları heç qəbul etmirəm. O, bütün bunları ürəyində bilirdi. 3-4 ay bundan qabaq “Dünya TV”-də efirə gedən “İbo Şou”da qonaq olanda Elşad Qarayev mənim haqqımda fikirlər səsləndirib. Sonra həmin çıxışı “TikTok”-da da paylaşılıb. Orada deyib ki, mən 70-ci illərdə Bakıya gəlmişəm, amma Əli Mirəliyevi heç yerdə görməmişəm. Mən eşidəndə fikirləşdim ki, bu dəlidir? Bu nə söhbətdir edir?! Sonra bir neçə adam mənimlə əlaqə saxladı və bu barədə öz şərhlərini bildirdilər. Mən 70-ci illərdə Bakıda oxuyanda sən Kürdəmirdə dana otarırdın. Sən bunu deyəndə fikirləşmirsən ki, camaatın sənə olan münasibəti, reaksiyası necə olar? 76 yaşlı kişi üçün sən bu sözü deyirsən. Əvvəl Azərbaycan televiziyası bir dənə olub. Mən isə oranın solisti olmuşam. Dilarə Əliyevanın “Dan ulduzu” instrumental ansamblı, Dövlət Mahnı Rəqs Ansamblı və s. yerlərdə solist kimi fəaliyyət göstərmişəm. 120-dən çox mahnı ifa etmişəm. Sən bu sözü efirdə necə səsləndirə bilərsən? Sonra da boynuna almır”.

Əli Mirəliyev Elşad Qarayevin onu tanımamasına qəzəblənib:

Chosen
61
21
demokrat.az

10Sources