EN

“Nike” yeni müqaviləyə əsasən “Barsa”ya daha çox qazandıracaq

Kataloniya nəhəngi “Barselona” amerikan idman malları brendi “Nike” ilə yeni müqavilə əsasında daha da artıq qazanc əldə edəcək.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinin “RAC1” dərgisinə istinadı əsasında məlumat verir.

Kataloniya klubunun direktorlar şurasının üzvləri amerikan transmilli “Nike” şirkəti ilə əvvəllər şifahi olaraq mövcud olan müqavilənin təsdiqinə səs veriblər.

Yeni müqaviləyə əsasən, 2024-2028-ci illərdə Kataloniya klubu əvvəlkindən 48 milyon avro məbləğ daha çox qazanc əldə edəcək. 2028-ci ildən 2038-ci ilə qədər isə “Barselona”nın “Nike” ilə əməkdaşlıqdan əldə etdiyi gəlir 58-60 milyon avro məbləğində artacaq. İndi “Nike”nin də bu müqaviləni təsdiqləməsi gərəkdir.

Bundan əvvəl mətbuatda, “blauqrana”nın “Nike” ilə müqaviləni 10 il müddətinə uzadacağı və mövsümdə orta hesabla 140 milyon avro məbləğində qazanac götürəcəyi haqda məlumat yayılıb.

İspaniya La Liqasının 12 turundan sonra 33 xal toplamış “Barselona” yarış cədvəlinə başçılıq edir.

Chosen
27
arena.az

1Sources